Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisi Tamer Tunayla anlaşıb. 45 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Bursa komandası bir müddət öncəbaş məşqçisi Özcan Bizatini istefaya göndərib.
Xatırladaq ki, hazırda 18 xalı olan"Bursaspor" 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.
