"Oyunların 26 və 28 dekabrda keçirilməsi yəqin ki, zarafatdı"

14:32 - 23 Dekabr 2021

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bayram günlərindəki oyunların təqvimindən narazılıq bildirib.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları deyib: "Boxin Day"lə heç bir problemim yoxdu.

Bayram günlərində oyunlar əla alınır. Sadəcə dekabrın 26-ı və 28-də oynamaq mümkünsüzdü, yəqin ki, bu zarafatdı. Hər halda 2 günə 2 oyun mümkün deyil. Heç olmasa oyunlar dekabrın 26-ı və 29-da olsa, problem deyil.

Oyunumuzun gələn ilə təxirə salınmasını istəmirik. Sadəcə oyunların 26 və 28 dekabrda deyil, 26-29 dekabrda keçirilməsini istəyirik".

Xəbər xətti