"Real" Liqa 1-in bombardirinə "elçi düşdü"

16:23 - 23 Dekabr 2021

"Real" rəhbərliyi Fransanın "Lill" klubunun hücumçusu Conatan Devidi heyətə qatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İspaniya nəhəngi 21 yaşlı kanadalı forvardın transferini həyata keçirmək üçün Eden Azardan da faydalanmağı planlaşdırır. 2007-2012 aralığında "Lill"in uğurları üçün çalışan belçikalını geri qaytarmaq qarşı tərəfin arzusudur.

Devid Liqa 1-in ən sərrast oyunçusudu. O, bu mövsüm 18 turda 11 qol vurub.

Xəbər xətti