Afrika Millətlər Kuboku təxirə salınacaq?

17:25 - 23 Dekabr 2021

Bir müddət əvvəl Kamerun Futbol Federasiyasının prezidenti seçilən Samuel Eto açıqlama verib.

Sportal.az xəbər verir ki, qurum rəhbəri koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınacağı iddia olunan Afrika Millətlər kuboku turniri haqda danışıb:

"Turniri təxirə salmaq üçün bir səbəb yoxdu. Avropa çempionatı koronavirusun daha çox yayıldığı bir vaxtda oynanılırsa, nə üçün Afrika Millətlər kuboku keçirilməsin?"

Kamerunun ev sahibliyi edəcəyi Afrika Millətlər kuboku 2022-ci ilin yanvar-fevral aylarında keçiriləcək

Xəbər xətti