Vüqar Həşimov memorialının qalibi məlum oldu

19:26 - 23 Dekabr 2021

ABŞ təmsilçisi Fabiano Karuana Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi olub.

 

Sportal.az xəbər verir ki, Bakıda təşkil olunan turnirdə hesablarında 24 xal olan macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Fabiano Karuana Armagedonda üz-üzə gəliblər.

 

Görüşdən qalib ayrılan ABŞ şahmatçısı turnirin qalibi adına sahib olub. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə yarışı üçüncü pillədə başa vurub.

Xəbər xətti