Fransadan İngiltərəyə

10:43 - 24 Dekabr 2021

PSJ-nin futbolçusu Presnel Kimpempe karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə “Çelsi” yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Kimpempe özünü İngiltərədə sınamaq istəyir və qışda PSJ-ni tərk etməyə müsbət yanaşır.

​Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Kimpembenin “transfermarkt”da dəyəri 40 milyon avrodur.

Xəbər xətti