Əfsanəvi futbolçu evə buraxıldı

11:56 - 24 Dekabr 2021

Əfsanəvi futbolçu Pele bir müddətdir ki, müalicə aldığı Sao Paolo xəstəxanasından evə buraxılıb.

Sportal.az xəbər verir ki, braziliyalının müalicə aldığı xəstəxana onun haqda açıqlama yayıb: "Pelenin vəziyyəti stabildi. O, yoğun bağısaq şişindən müalicə almağa davam edəcək".

Sentyabrda səhhətində problem yarandığı üçün əməliyyat edilən Pele bu ayın əvvəlində kimyaterapiya seansı üçün xəstəxanaya yerləşdirilmişdi.
 

Xəbər xətti