İngiltərə millisinin və “Lids”in yarımmüdafiəçisi Kelvin Fillips komandada qalmaq istəyir.
Sportal.az xəbər verir ki, o, “Mançester Yunayted” və “Liverpul”un maraq dairəsində olmasına baxmayaraq “Lids”də qalmaq niyyətində olduğunu bildirib:
“İndi bütün fikrimi zədəmi sağaltmaq və bərpa olunmağa yönəltmişəm. Klub rəhbərliyi ilə daim danışıram və müqaviləmin davam etməsini istəyirəm. Özümü “Lids”də xoşbəxt hiss edirəm”.
"Lids" yetirməsi olan futbolçu yalnız bu komandada çıxış edib.
saytlarin hazirlanmasi
