"Sabah"ın şikayəti təmin edilmədi

18:26 - 24 Dekabr 2021

Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.

Beləliklə, apellyasiya şikayəti təmin edilməyib. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Xəbər xətti