İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon karyerasına davam etdirmək niyyətindədi.
Sportal.az xəbər verir ki, "Parma"nın təcrübəli çərçivə qoruyucusu mətbuata açıqlamasında bu cür danışıb:
"Mən Meksika və ABŞ da da çıxış etmək istəyərdim. Özümü bu ölkələrdə də sınamaq istəyirəm. Necə olacağını görəcəyik. Məşqçi olacam ya, yox onu da bilmirəm. Daim inkişaf etmək istəyirəm. Bəlkə də Çempionlar Liqasını qazansaydım, çoxdan təqaüdə çıxardım".
