"Bavariya"dan braziliyalı üçün 50 milyon avro

14:25 - 25 Dekabr 2021

"Bavariya" qış transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndərməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisini İngiltərənin "Lids Yunayted" klubunun yarımüdafiəçisi Rafinyaya "elçi düşüb". Almanlar 25 yaşlı vinger üçün Premyer Liqa təmsilçisinə 50 ilyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, Rafinya "Lids Yunayted" 2020-ci ilin yayında Fransa "Renn"indən keçib. Braziliyalı futbolçu cari mövsümdə "Lids Yunayted" forması ilə meydana çıxdığı 16 oyunda 8 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti