"Liverpul" qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Portu"nun kolumbiyalı forvardı Luis Diası komandaya cəlb etmək istəyir. Portuqaliya klubu ilə 2024-cü ilədək müqaviləsi olan 24 yaşlı oyunçunun sərbəst qalmaq məbləği 80 milyon avrodur.
Qeyd edək ki, Luis Dias cari mövsümdə "Portu"nun heyətində meydana çıxdığı 24 oyunda 14 qol və 4 asistlik performans göstərib.
saytlarin hazirlanmasi
