“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” əsas forvardını itirə bilər.
Sportal.az xəbər verir ki, Arkadiuş Milik Fransanı tərk etməyə hazırlaşır.
Polşalı forvard “Yuventus”un maraq dairəsindədi.
Qışda “qoca sinyora” Miliki heyətinə qatmaq istəyir.
“Qornik”(Zabrze), “Bayer”(Leverkuzen), “Ausburq”, “Ayaks” formaları geyinmiş 27 yaşlı hücumçu “Napoli” forması da geyinib.
