"Premyer Liqanı dayandırmaq lazım idi"

11:44 - 26 Dekabr 2021

"Tottenhem"in baş məşqçisi Antonio Konte COVİD-19 virusunun İngiltərə Premyer Liqasına təsirindən danışıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, oyunların təxirə salınması daha məqsədəuyğun olar:

"İngiltərədə koronavirus ağlasığmaz səviyyəyə çatıb. Düşünürəm ki, Premyer Liqanı dayandırmaq lazım idi.

Bununla belə, mənim fikrim heç nəyi dəyişməyəcək. Amma matçlar təxirə düşsə, daha yaxşı olar". 

 

Xəbər xətti