Özbəkistanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Roma"da çıxış edən Eldor Şomurodov ölkəsində ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
O, jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində ən yaxşı futbolçu elan olunub.
Millisinin aparıcı üzvü olan Eldor yayda "Cenoa"dan "Roma"ya keçmişdi. 26 yaşlı forvardı 23 oyunda 3 qol vura bilib. Eldor "Rostov", "Bunyodkor" və "Məşəl” klublarında da çıxış edib.
