"Qarabağ"ın rəqibi daha bir futbolçu ilə yollarını ayıracaq

14:21 - 26 Dekabr 2021

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" qışda daha bir futbolçu ilə yollarını ayıra bilər. 

Sportal.az xəbər verir ki, Fransa klubu Arkadiuş Milikdən savayı Stiv Mandanda da bu klubda qalmayacaq. 

36 yaşlı fransalı qolkiperin ehtiyatda qaldığı üçün komandadan ayrılacaq.

"Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.

Xəbər xətti