İngiltərə Premyer Liqasının təmsilçisi “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra komandasının “Tottenhem”lə oyuna çıxara bilməyəcək.
Sportal.az xəbər verir ki, fransalı mütəxəssisin koronavirus testi pozitiv çıxıb. Vieyra hazırda karantinə alınıb.
Onu ehtiyat skamyada köməkçisi Osian Roberts əvəzləyəcək.
"Nyu-York Siti", "Nitsa" klublarını çalışdırmış 45 yaşlı mütəxəssis bu il "Kristal Pelas"a baş məşqçi təyin edilib.
