"Real"ın futbolçusu: "Azərbaycana gəlməyimdə problem olmaz"

17:36 - 26 Dekabr 2021

Hondurasın “Real Espana” klubunun futbolçusu Franko Flores Sportal.az saytına açıqlama verib.

Təcrübəli futbolçu “Keşlə”yə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib: “Bəli, “Keşlə”yə keçmək ehtimalım var. Bu cür məsələ müzakirə mövzusudu. Sadəcə hələ ki, konkret heç nə yoxdu.

Geri dönmək barədə söhbət etmişik. İndi Hondurasdayam. Azərbaycana gəlməyimdə problem olmaz. Çünki Honduras klubu ilə müqaviləm başa çatır”.

 

Xəbər xətti