İngiltərə Premyer Liqasında 20-ci turun daha bir oyunu koronavirusa görə təxirə salınıb.
Sportal.az xəbər verir ki, “Arsenal” – “Vulverhempton” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna “Vulverhempton”da koronavirusa kütləvi yoluxma səbəb göstərilib.
Matçın nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.
20-ci turun "Lids" - "Aston Villa" matçı da koronavirus səbəbindən təxirə salınıb.
