Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

10:57 - 27 Dekabr 2021

Millimizin keçmiş futbolçusu Pavel Paşayev Ukraynanın “VPK-Aqro” klubundan ayrılıb.

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 1-ci divizion klubu 33 yaşlı müdafiəçiyə mövsümün sonuna qədər komandada qalmağı təklif etsə də, Paşayev razılıq verməyib.

Onun karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib.

“VPK-Aqro”ya bu ilin yayında “Aleksandriya”dan keçən Pavel Paşayev 2016-2019-cu illərdə Azərbaycan millisinin heyətində 20 oyuna çıxıb.

Xəbər xətti