Canni De Byazi Azərbaycan millisini Yunanıstan yığmasına dəyişir?

15:11 - 27 Dekabr 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ölkəmizi tərk edə bilər.

Sportal.az Yunanıstanın SDNA nəşrinə istinadən xəbər verir ki, italiyalı Yunanıstan millisini çalışdıracaq.

Belə ki, Yunanıstan mətbuatı 65 yaşlı məşqçinin AFFA ilə müqaviləsi olmasına rəğmən, Yunanıstan millisini çalışdıra biləcəyini iddia edib.

Yunan həmkarlarımız məsələ haqda bunları yazıb:

"Onun namizədliyi son günlərdə irəli sürülüb. Yunanıstan Futbol Federasiyası hesab edir ki, italiyalı mütəxəssis millini yenidən əvvəlki uğurlarını qaytarması üçün hər şeyə malikdi. Namizədlər arasında Cennaro Qattuzo və Roberto Donadoni kimi digər italiyalı mütəxəssislər var. Lakin hazırda bu posta ən ideal namizəd Canni De Byazi hesab edilir".

Xəbər xətti