Millini kluba dəyişən məşqçini federasiya prezident tənqid etdi: "Pulu prinsiplərdən üstün tutur"

18:14 - 27 Dekabr 2021

Polşa millisinin baş məşqçisi Paulu Souza istefa verib.

Sportal.az xəbər verir ki, Polşa Futbol İttifaqının fəxri prezidenti Zbiqnev Bonek bu barədə Tvitter səhifəsində yazıb.

O, karyerasını Braziliyanın "Flamenqo" klubunda davam etdirmək istəyən portuqaliyalı çalışdırıcını pula hərislikdə qınayıb:

"Paulu Souza pulu ədəb və prinsiplərdən üstün tutur. Yəqin ki, reallıq hissini itirib".

Paulu Souza  2021-ci ilin yanvar Polşa yığmasına baş məşqçi təyin olunub. O, gələn aydan "Flamenqo"da işə başlayacaq.

 

Xəbər xətti