Bir oyunda ən çox qol vuran futbolçu açıqlandı

14:07 - 28 Dekabr 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu, Estoniyanın “Payde” klubunda çıxış edən Henri Anierdir. 31 yaşlı forvard Estoniya kubokunda “Flora”nın əvəzedici komandasına qarşı keçirilən matçda (14:0) 8 qola imza atıb.

 

Macarıstanın "Ferentsvaroş" klubundan Mirto Uzuni 6 qolla 2-ci olub.

Xəbər xətti