FİFA-ya üzv olan ölkələrin ən sevimli futbolçuları təqdim olunur.
Sportal.az xəbər verir ki, “COPA90” "Twitter" səhifəsi vasitəsilə əlifba sırası ilə hər ölkədən bir oyunçunu seçir.
Hələ ki 13 ölkənin ən sevimlisi təqdim edilib ki, sonuncusu Azərbaycana aiddir. “COPA90” ölkəmizdə azarkeşlər arasında ən çox sevilən futbolçu Rəşad Sadıqov olduğunu hesab edir.
Hazırda “Zirə”nin baş məçqçisi olan 39 yaşlı mütəxəssisin millimizin heyətində 111 oyun keçirərək rekordçu olması xüsusi vurğulanıb. Hətta onun bir dönəm basketbolda da qüvvəsini sınaması yazılıb: “Terminator”un bir dəfə “Neftçi”də qeydiyyatdan keçməsinə vaxt çatmamışdı. Bu üzdən həmin vaxt altı ay yerli basketbol komandasında oynadı”.
Xatırladaq ki, Sadıqov ötən ilin yayında karyerasını başa vurub.
