Renatın komandası evdə uduzdu - VİDEO

12:18 - 29 Dekabr 2021

Portuqaliya Primerosunda 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi "Tondela" növbəti matçına çıxıb.

Dadaşovun komandası "Jil Visente"ni qəbul edib və komandası 0:3 hesabı ilə uduzub.

Renat 82-ci dəqiqədə meydana çıxıb.

“Tondela” 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti