"Mançester Yunayted" Edindon Kavaninin mümkün gedişindən sonra hücumçu axtarışına başlayıb.
Sportal.az xəbər verir ki, uruqvaylı forvard "Barselona" və "Korintians" arasında seçim edəcək. "Qırmızı şeytanlar" PSJ-nin hücumçusu Mauro İkardiyə "elçi" düşüb.
Paris klubunda aparıcı oyunçulardan hesab edilməyən argentinalı forvard özü də "Mançester Yunayted"ə keçid barədə düşünüb.
