Mahir Emreli "Legiya"dan ayrılır?

23:07 - 29 Dekabr 2021

"Legiya"nın yeni idman direktoru Yaçek Zelinski qışda komandadan kimlərin gedə biləcəyi haqda danışıb.


Sportal.az xəbər verir ki, klub rəsmisi millimizin forvardı Mahir Emrelinin komandadan gedib-getməyəcəyilə bağlı da fikirlərini bölüşüb:

"Kimsə gələcəksə, demək ki, gedənlər də olacaq. Çünki komandamızda 30 futbolçunun olacağını təsəvvür edə bilmirəm. Heyətin geniş yox, keyfiyyətli olması daha məqsədəuyğundu. Əsas heyətin heç bir üzvü komandadan ayrılmayacaq. Hazırki durumda vəziyyət belədi".

Xəbər xətti