Millini kluba dəyişdi, 2 illik müqavilə imzaladı - FOTO

10:49 - 30 Dekabr 2021

Polşa milli komandasından ayrılan Paulo Souza Braziliyada çalışacaq.

Sportal.az xəbər verir ki, o, "Flamenqo" ilə 2 illik müqavilə imzalayıb.

Souzanın Polşa millisinin baş məşqçi postundan gedişi ölkədə birmənalı qarşılanmayıb. Belə ki, Polşa millisi Dünya çempionatına yollanmaq üçün Rusiya ilə pley-off matçları oynayacaq. Hazırda isə milli baş məşqçisiz qalıb.

51 yaşlı portuqaliyalı “Suonsi”, “Lester”, QPR, “Bzael”, “Fiorentina”, “Bordo” kimi klubları çalışdırıb.

Xəbər xətti