"Mançester Yunayted"i "Barselona"ya dəyişir

13:47 - 30 Dekabr 2021

“Mançester Yunayted”in futbolçusu Antoni Marsial komandanı tərk etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, fransız futbolçunun agenti “Barselona” ilə danışıqlara başlayıb. Kataloniya təmsilçisi isə Marsialı icarəyə götürmək niyyətindədi. 

​“Barselona” Marsialdan əvvəl “Çelsi”nin futbolçusu Hakim Ziyeşi heyətinə qatmaq istəyir. Əgər mərakeşlinin keçidi baş tutmasa, “Barsa” Fransa millisinin üzvünü komandaya gətirəcək.

 

Xəbər xətti