Türkiyə millisinin forvardı Cenk Tosun qış transfer pəncərəsində "Everton"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, Tosun İngiltərə klubunun baş məşqçisi Rafael Benitesin planlarına daxil deyil.
30 yaşlı hücumçunun "Beşiktaş"a qayıda biləcəyi vurğulanıb.
O, bu mövsüm cəmi 1 matçda meydana çıxıb.
