İspaniyanın "Real" klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisini "Çelsi"nin futbolçusu Ris Ceymsi gündəminə alıb. "Kral klubu" İngiltərə millisinin üzvü üçün Eden Azarı qarşı tərəfə verməyə və bir miqdar da pul ödəməyə hazırdı.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. 22 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 23 oyunda 5 qol və 6 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
