Türkiyə millisinin keçmiş üzvü İstanbul klubuna keçdi

18:55 - 30 Dekabr 2021

Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Hatayspor"dan ayrılan Emre Çolakı rənglərinə bağlayıb. 30 yaşlı vingerlə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Emre Çolak karyerası əzrində "Deportivo", "Fatih Karagümrük" və "Əl-Vehda" klublarında çıxış edib. Emre Çolak Türkiyə milli komandasının da şərəfini qoruyub.

Xəbər xətti