4 İngiltərə klubu Koutinyonu istəyir

19:46 - 30 Dekabr 2021

"Barselona"dan ayrılacağı gözlənilən Filipe Koutinyo üçün İngiltərə klubları mübarizə aparır.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri "Arsenal", "Everton", "Nyukasl" və "Tottenhem" braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 2022-ci ildə baş tuatacaq dünya çempionatında milli komandanın heyətində yer almaq istəyən 29 yaşlı futbolçu forma şansı qazana biləcəyi kluba getmək niyyətindədi.

 

Qeyd edək ki, "Barselona" Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 140 milyon avro qarşılığında transfer edib. Təcrübəli oyunçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 2 qol vurub.

Xəbər xətti