"Yuventus"dan "Barselona"ya

10:58 - 31 Dekabr 2021

"Yuventus"un hücumçusu Alvaro Morata "Barselona"ya keçmək istəyir.

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Turin klubundan getmək istəyir və bu barədə rəhbərliyə məlumat verib.

"Barselona"nın baş məşqçisi Xavinin də Moratanı sərəncamında görmək istədiyi və bu barədə rəhbərliyə məlumat verməsi bildirilir.

"Atletiko"ya (Madrid) məxsus olan, icarə əsasında "Yuventus"da çıxış edən Morata A seriyasında 15 matça çıxıb, 3 qol vurub. 

Xəbər xətti