Aleksey Baqa “Sumqayıt”ın tarixinə ikinci legioner baş məşqçi kimi düşüb.
Sportal.az sportinfo.az saytına istinadən xəbər verir ki, belaruslu mütəxəssisə qədər “Gənclik şəhəri” təmsilçisini yalnız bir əcnəbi çalışdırıb.
Bu, 2011-13-cü illərdə həmin vəzifəni tutan Bernhard Raabdır. Almaniyalı klub tarixinə Premyer Liqada ilk çalışdırıcı kimi düşüb.
2013-cü ilin iyununda postunu tərk edən almaniyalıdan 8,5 il sonra “Sumqayıt”da yenidən legioner çalışdırıcı işləyəcək. Ümumilikdə isə Baqa klub tarixinə Premyer Liqadakı 6-cı baş məşqçi kimi düşəcək.
Raabdan (2011-13) sonra komandaya Aqil Məmmədov (2013-15), Samir Abasov (2015-18), Nazim Süleymanov (2018) və Ayxan Abbasov (2018-21) başçılıq edib.
Yeni sükançı klubun tarixinə ən ödənişli çalışdırıcı olaraq keçəcək. “Kimyaçılar“ 8000 dollar civarında əməkhaqqı ödəyəcək.Bu, onun cari mövsümün sonunadək alacağı əməkhaqqıdır. Yayda isə maaş məsələsinə yenidən baxılması və artım nəzərdə tutulub.
