Premyer Liqa klubu ukraynalı futbolçu transfer etdi

14:59 - 1 Yanvar 2022

İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın "Dinamo" klubundan Vitaliy Mikolenkonu transfer edib. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Ukrayna millisinin üzvü Liverpul təmsilçisində 19 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, Vitaliy Mikolenko cari mövsümdə Kiyev "Dinamo"sunun heyətində meydana çıxdığı 15 oyunda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti