Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
Sportal.az xəbər verir ki, Yeni Zelandiya təmsilçisi “Oklend Siti” mundialda iştirakdan imtina etmək məcburiyyətində qalıb.
Buna koronavirus pandemiyası səbəb olub. Belə ki, pandemiya səbəbindən “Oklend Siti” ölkədən kənara çıxa bilməyəcək. Onların əvəzinə DÇ-də Taiti təmsilçisi “Pirae” iştirak edəcək.
Qeyd edək ki, klublararası dünya çempionatı 3-12 fevral aralığında keçiriləcək.
saytlarin hazirlanmasi
