"Monako" braziliyalı üçün 11 milyon avro ödədi

17:24 - 1 Yanvar 2022

Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq təmsilçisi" Braziliyanın "Qremiyo" klubundan sağ cinah müdafiəçisi Vandersonu heyətinə qatıb. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Liqa 1 təmsilçisi braziliyalı oyunçu üçün qarşı tərəfə 11 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Vanderson "Qremiyo"dakı son mövsümündə meydana çıxdığı 59 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti