Xorvatiyalı məşqçi istefaya göndərildi

10:23 - 2 Yanvar 2022

"Monako" baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

Sportal.az xəbər verir ki, bu barədə Fransa Liqa-1 təmsilçisi məlumat yayıb. Yeni baş məşqçi açıqlanana qədər komandanı Stefan Nado çalışdıracaq.

Kovaç 2020-ci ilin yanvarında "Monako"nun baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 19 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşmışdı.

Xəbər xətti