"Arsenal" "Real Sosyedad"dan forvard transfer etmək istəyir

12:14 - 2 Yanvar 2022

“Arsenal” “Real Sosyedad”ın hücumçusu Aleksander İsaka “elçi” düşüb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Pyer-Emerik Obameyanq və Aleksandr Lakazetin komandadan mümkün ayrılığına görə yeni forvard axtarışına çıxıb.

Belə ki, qabonlu hücumçu məşqçilər korpusu ilə dalaşıb, Aleksandr Lakazet isə komandada xoşbəxt olmadığına görə iş yerini dəyişmək istəyir. 

İsakın isə "Real Sosyedad"la 2026-cı ilə kimi müqaviləsi qüvvədədi. "Topçular"ın isveçli hücumçu üçün qarşı tərəfə ilkin təklifini göndərib. Amma Bask təmsilçisi onu aşağı məbləğə satmaq niyyətində deyil.

Xəbər xətti