Başa çatan 2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın sabiq oyunçusu Namiq Ələsgərovdu.
Hazırda Türkiyənin I Liqa təmsilçisi "Bursaspor" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.
26 yaşlı Ələsgərov 2017-21-ci illərdə "Neftçi"nin formasını geyinib. O, 2020/21 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
