Paytaxt klubu seneqallıya təzminat ödəyəcək

13:16 - 2 Yanvar 2022

“Keşlə”nin qışda yollarını ayırdığı futbolçulardan biri Omar Quadiabi oldu.

Sportal.az saytının məlumatına görə, paytaxt təmsilçisi seneqallı futbolçu ilə yollarını ayırsa da, futbolçunun klubla müqaviləsi qüvvədədi. 

Məsələ burasındadır ki, Quadiabinin “Keşlə” ilə müqaviləsi mövsüm sonunda başa çatır.

Klub futbolçuya müəyyən təzminat ödədikdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. 

Xəbər xətti