"Neftçi"dən Fransa klubuna keçdi: "Səfərim qısa, lakin zəngin oldu" - FOTO

13:33 - 2 Yanvar 2022

"Neftçi"dən ayrılan Roman Baks Fransada özünə komanda tapıb.

Sportal.az saytının məlumatına görə, yarımmüdafiəçi "Şatoru" ilə anlaşıb.

Bask Fransa 2-ci liqa klubuna keçidi və "Neftçi"dəki karyerası haqda sosial şəbəkədə yazıb: "İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür etmək istəyirəm.

Səfərim qısa, amma təcrübə baxımından zəngin oldu. Fürsətdən istifadə edərək, hər zaman sarsılmaz dəstək göstərən "Neftçi" azarkeşlərini salamlayır və onlara uğurlar arzulayıram. "Şatoru" ilə bağlı öhdəlikləri yerinə yetirməkdən qürur duyuram, yeni çağırışa başlamaq üçün səbirsizlənirəm".

 

Xəbər xətti