İngiltərə klubu üçün üzücü xəbər

15:47 - 2 Yanvar 2022

“Sauthempton”un müdafiəçisi Sem Makkuin peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu 2018-ci ilin oktyabrında İngiltərə Liqa Kubokunda "Midlsbro"da icarədə olarkən "Kristal Pelas"la matçda dizindəki zədədən sağalmayıb. Buna görə o, bu qərarı verib.

Makkuin İngiltərə Premyer Liqasında 20 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti