"Yuventus"un kapitanı oynamayacaq

19:08 - 2 Yanvar 2022

"Yuventus"un kapitanı Corcio Kyellini koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ev şəraitində təcrid olunub.

Maraqlıdır ki, Kyellini dekabr ayında 3-cü vaksinasiyadan keçib.

"Yuventus" yanvarın 6-da A seriyasının 20-ci turunda "Napoli"ni qəbul edəcək.

Xəbər xətti