Azərbaycan klublarının Antalyadakı oyunları canlı yayımlanacaq?

20:53 - 2 Yanvar 2022

Premyer Liqada qış fasiləsidi.

Sportinfo.az xəbər verir ki, yanvarın 5-dən sonra komandalar təlim-məşq toplanışlarına başlayacaq.

Ayın 14-15-dən sonra 6 Premyer Liqa klubu - "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt" Antalyaya yollanacaq.

Təmsiçilərimiz burda bir neçə yoxlama oyunları keçirəcəklər. Görəsən, bu qarşılaşmaların hansısa "CBC Sport"da canlı yayınlanacaq?

Sualımızı kanalın Xəbərlər Departamentinin direktoru Şəmsəddin Abbasova ünvanladıq : "Xeyr! Bu il bizim Antalyadan hansısa oyunun yayınımı etmək planımız yoxdur. Hələ ki, qərar belədir". (Futbol+)

Xəbər xətti