Ronaldo koronavirusa yoluxdu

17:51 - 3 Yanvar 2022

Braziliyanın "Kruzeyro" və İspaniyanın "Valyadolid" klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, bu barədə "Kruzeyro"nun mətbuat xidməti məlumat yayıb. Ronaldonun ötən gün məhz xəstəliklə əlaqədar klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etmədiyi açıqlanıb.

Ronaldo özünü təcrid edib. Futbol üzrə ikiqat dünya çempionu xəstəliyi yüngül keçirir.

Xəbər xətti