Dadaşov "Tondela"nın qələbə qolunun iştirakçısı oldu - VİDEO

11:33 - 4 Yanvar 2022

Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi  "Tondela" Portuqaliya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Dadaşovun komandası "Moreyrense"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Millimizin üzvü 84-cü dəqiqədə meydana girib və matça əlavə edilmiş 11-ci dəqiqədə assistlə yadda qalıb. 

Xəbər xətti