"Monako"nun yeni baş məşqçisinin adı məlum oldu

11:47 - 4 Yanvar 2022

"Monako"nun yeni baş məşqçisinin adı müəyyənləşib. 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçi postu Filipp Klemana tapşırılıb.

47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

​Kleman son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb. O, “Monako”da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

Xəbər xətti