"Nyukasl" Sərdar üçün danışıqlara başladı

13:47 - 4 Yanvar 2022

"Zenit"in iranlı forvardı Sərdar Azmun İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" rəhbərliyi Azmunu heyətinə qatmaq niyyətindədi.

"Sağsağanlar" futbolçunun transferi üçün "Zenit"lə danışıqlara başlayıb. 

İngilislər Sankt-Peterburq klubunun istədiyi məbləği ödəyəcəyi təqdirdə, Azmunun gedişinə razı olacaq.

Xəbər xətti